Azərbaycan dərman idxalını 6% artırıb | Banco.az

Azərbaycan dərman idxalını 6% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 401 milyon 482 ABŞ dolları dəyərində 20 min 231 ton əczaçılıq məhsulu idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30 milyon 669 ABŞ dolları və ya 7,1% az, həcm baxımından isə 6,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 3,60%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram