“Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələr arasında liderdir” | Banco.az

“Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələr arasında liderdir”

“Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə 1-cidir”.

Bnu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Ölkə prezidentinin bizə verdiyi dəstək hesabına bu vaxta qədər 3 100 yeni vaqon, 30 milyon ABŞ dolları dəyərində yol-tikinti maşınları almışıq, 1 000 km-ə yaxın yol təmir etmişik”, - deyə o, qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, səhmdar cəmiyyətinin sədri bildirib ki, son illər rəhbərlik etdiyi qurumda işçilərin orta yaş həddi azalıb: “Əgər 2015-ci ildə “Azərbaycan Dəmir Yolları”nda orta yaş həddi 60-dan çox idisə, hazırda bu rəqəm 40-45 civarındadır. Biz heç kəsi məcbur etməmişik ki, işdən getsin. Sadəcə insanlara şərait yaradılıb ki, öz təqaüdü ilə dincəlsin”. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et