"Azərbaycan Dəmir Yolları" beynəlxalq yük daşımalarını 5 %-ə yaxın artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Azərbaycan Dəmir Yolları" beynəlxalq yük daşımalarını 5 %-ə yaxın artırıb

Bu ilin I yarısında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 milyon 442,2 min ton yük daşıyıb.

ADY-dən bildirilib ki, bu, ötən il eyni dövrü ilə müqayisədə 9,4 % və yaxud 874,5 min ton azdır.

O cümlədən, hesabat dövründə ADY-nin beynəlxalq yük daşımaları 4,6 % artaraq 3 milyon 861,4 min ton, tranzit yük daşımaları 16,9 % azalaraq 3 milyon 267,2 min ton, daxili yük daşımaları isə 22,4 % azalaraq 1 milyon 313,6 min ton olub.