Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla Çinin ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 1 milyard 974 milyon 88 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 354,4 milyon dollar və ya 21,9% çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,96 milyard dollarlıq məhsul idxal edib. Çindən idxal illik müqayisədə 406,3 milyon dollar (26,1%) artıb. Azərbaycanın Çinə ixracı isə 11,6 milyon dollara bərabər olub.
Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,6 milyard dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!