Azərbaycan Çində ikinci Ticarət Evi açacaq - MÜQAVİLƏ İMZALANIB | Banco.az

Azərbaycan Çində ikinci Ticarət Evi açacaq - MÜQAVİLƏ İMZALANIB

5-10 noyabr tarixlərində keçirilən II Çin Beynəlxalq İdxal Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 26 Azərbaycan şirkətinin məhsulları nümayiş olunub.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, sərgi ziyarətçilərinin Azərbaycan sahibkarları həmçinin, xarici həmkarları ilə ixraca dair müzakirələr aparıb, distribütorluq və alqı-satqı müqavilələri imzalayıblar.

Bundan başqa, II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində AZPROMO ilə Çinin Kommersiya Nazirliyinin Ticarət İnkişafı Bürosu və Şanxay Xarici İnvestisiyaların İnkişafı Mərkəzi arasında anlaşma memorandumları, eləcə də Azərbaycanın Çindəki Ticarət Nümayəndəsi, Veynan İqtisadi və Texnoloji İnkişaf Zonası və “Xian Camel Guest E-Commerce Co.Ltd.” şirkəti arasında Şaansi əyalətinin Veynan şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Çində 1 Azərbaycan Ticarət Evi və 2 Şərab Evi fəaliyyət göstərir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et