Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-aprel aylarında 99 milyon 608 min ABŞ dolları dəyərində 445 min 537 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 10%, miqdarı isə 6,3% artıb.
2025-ci ilin ilk 4 ayında idxal edilən buğdanın dəyəri 90 milyon 536 min dollar, miqdarı isə 419 min 105 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
