Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan İsrail iqtisadiyyatına 554 milyon 661 min ABŞ dolları investisiya yatırıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 542 milyon 261 min ABŞ dollar və ya 1 356 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın İsrail iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 26,6% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı ölkə olub.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 38 milyon 685 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
