Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 345,173 min ton həcmində neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 133,587 mln. ABŞ dolları təşkil edib.
Bu ilin 5 ayı ərzində neft məhsullarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 53%, dəyəri isə 14% azalıb.
Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3% təşkil edib.
Mənbə: Report.az