Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2026-cı ilin yanvar-aprel aylarında 4 milyard 365 milyon 298 min ABŞ dolları dəyərində 7 milyon 923 min 87 ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,3%, neftin həcmi isə 3,4% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 36,75% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
