Azərbaycan bu il 6 mlrd. kubmetr qaz ixrac edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan bu il 6 mlrd. kubmetr qaz ixrac edib

Bu ilin 1-ci rübündə Azərbaycanda neft-kondensat hasilatı 6,9 mln. ton, ixraca nəql edilən həcmlər isə 5,7 mln. ton olub.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    “Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 6,9 mln. ton, ixraca nəql edilən həcmlər isə 5,7 mln. ton olub. Ötən ay 12,6 mlrd. kubmetr qaz hasil edilib. 6 mlrd. kubmetr qaz isə ixrac olunub”, - paylaşımda qeyd olunub.

    Məlumata görə, yanvar-mart aylarında təxminən Avropaya 3 mlrd. kubmetr, Türkiyəyə 2,3 mlrd. kubmetr, Gürcüstana isə 0,7 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,4 mlrd. kubmetr qaz nəql edilib.