Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 119 milyon 51 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20 milyon 296 min dollar və ya 20,6% artıb.
Ötən ilin eyni dövründə ölkəyə 98 milyon 755 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, 9 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,81% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!