Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Bolqarıstana 48 milyon 231 min dollar dəyərində 79 min 260 ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 2 milyon 242 min dollar və ya 4,9% artıb.
Bolqarıstana neft ixracının həcmi isə ötən ilin yanvar-oktyabr aylarına nisbətdə 2% azalıb.
Qeyd edək ki, ötən ilin 10 ayında bu ölkəyə ixrac edilən neftin dəyəri 45 milyon 989 min dollar, miqdarı isə 80 min 853 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
