Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ilin birinci rübündə 32,9 milyon manat xalis mənfəət əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti illik müqayisədə 21,3 milyon manat və ya 2,8 dəfə artıb.
Məlumata görə, bu ilin 1 aprel tarixinə BOKT-ların aktivləri 823,3 milyon manat olub. Bu da illik müqayisədə 227,8 milyon manat və ya 50,9% çoxdur.
Hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 39,5% artaraq 461,9 milyon manata, balans kapitalı isə 68,6% artaraq 361,4 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!