Azərbaycan BOKT-larının aktivləri 854 mln. manata çatıb | Banco.az

Azərbaycan BOKT-larının aktivləri 854 mln. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ilin birinci yarısında 76,6 milyon manat xalis mənfəət əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti illik müqayisədə 50,3 milyon manat və ya 2,9 dəfə artıb.

Məlumata görə, bu ilin 1 iyul tarixinə BOKT-ların aktivləri 854 milyon manat olub. Bu da illik müqayisədə 239,8 milyon manat və ya 39% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 33,4% artaraq 479,9 milyon manata, balans kapitalı isə 47% artaraq 374,1 milyon manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et