Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2023-cü ildə 75,8 milyon manat xalis mənfəət əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti illik müqayisədə 50,1 milyon manat və ya 2,9 dəfə artıb.
Məlumata görə, ötən ilin 31 dekabr tarixinə BOKT-ların aktivləri 758,5 milyon manat olub. Bu da illik müqayisədə 242,8 milyon manat və ya 47,1% çoxdur.
Hesabat ili ərzində BOKT-ların öhdəlikləri 45,1% artaraq 443,3 milyon manata, balans kapitalı isə 50,1% artaraq 315,2 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!