Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-iyun aylarında 26,3 milyon manat xalis mənfəət əldə ediblər.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.
Məlumata görə, bu il iyunun 30-u tarixinə BOKT-ların aktivləri 614,2 milyon manat olub. Bu da illik müqayisədə 174 milyon manat və ya 39,5% çoxdur.
Hesabat ayları ərzində BOKT-ların öhdəlikləri 42% artaraq 359,7 milyon manata, balans kapitalı isə 36,2% artaraq 254,5 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!