Azərbaycan BOKT-ları 9 ayda 59 milyon manat mənfəət əldə edib | Banco.az

Azərbaycan BOKT-ları 9 ayda 59 milyon manat mənfəət əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarında 59 milyon manat xalis mənfəət əldə ediblər.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Məlumata görə, bu il sentyabrın 30-u tarixinə BOKT-ların aktivləri 682,2 milyon manat olub. Bu da illik müqayisədə 203,9 milyon manat və ya 42,6% çoxdur.

Hesabat ayları ərzində BOKT-ların öhdəlikləri 41,8% artaraq 388,4 milyon manata, balans kapitalı isə 43,7% artaraq 293,8 milyon manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et