Azərbaycan Beynəlxalq Bankından təhsil krediti! | Banco.az

Azərbaycan Beynəlxalq Bankından təhsil krediti!

Ölkəmizdə insan kapitalının formalaşmasına dəstək verən Azərbaycan Beynəlxalq Bankı yeni tədris ili ərəfəsində məktəbli valideynlərinə gözəl bir imkan yaradıb. FED.az xəbər verir ki, bəməkhaqqı kartına sahib hər kəs təklif edilən təhsil kreditindən faydalanaraq övladlarına qlobal təhsil şəbəkəsi – Sabis®Sun məktəbində yüksək keyfiyyətli təhsil verə bilər.
 
Təhsil kreditinin özəllikləri:

  • Məbləğ: İllik təhsil haqqının tam maliyyələşdirilməsi

  • Müddət: 12 ay

  • İllik faiz dərəcəsi: 15%

  • Komissiyasız

  • Zaminsiz

 
Təhsil kreditini Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamentindən, eləcə də Nəsimi və Xətai filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın İBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də Təhsil kreditini sifariş vermək olar. Müştəri bu təklif barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilər.

Qeyd edək ki, SABIS®Sun Şəbəkəsi 1886-cı ildən fəaliyyət göstərir. Hazırda dünyanın 16 ölkəsindəki bu məktəblərdə 70.000 mindən çox şagird təhsil alır. 2015-ci ilin 1 sentyabrından təhsil şəbəkəsi Bakıdakı – Dreamland adlanan məkanda da öz məktəbini açıb. Beləliklə, SABIS®Sun məktəbləri 132 ildir ki, dəyişən dünyada müvəffəqiyyət qazanmaq üçün lazımi bilik və bacarıqlara sahib şagirdlər yetişdirir. Azərbaycan Beynəlxalq Bankının sərfəli şərtlərlə ayırdığı kreditlər isə bu mükəmməl təhsil dünyasına daxil olmaq üçün əlverişli imkandır. SABIS®Sun məktəblərində təhsil və təlim haqqında daha ətraflı məlumat üçün: (012) 404 74 44.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç