Ölkənin ən böyük bankı “Azərbaycan Beynəlxalq Bankı”nın Transformasiya ofisinə yeni menecer təyin olunub.
Banco.az xəbər verir ki, yeni vəzifəni “Bank BTB” ASC-nin Marketinq və məhsulun inkişafı departamentinin direktoru Fuad Cəfərov icra edəcək.
O, iyul ayından etibarən, “Azərbaycan Beynəlxalq Bankı”nın Transformasiya ofisinə menecer təyin olunub.
Qeyd edək ki, F.Cəfərov əvvəllər “PAŞA Bank” və “Vison Fond AzerKredit BOKT”da çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!