Azərbaycan Beynəlxalq Bankı yeni müsabiqə elan edir | Banco.az

Azərbaycan Beynəlxalq Bankı yeni müsabiqə elan edir

Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Dövlət Bayrağı Gününə həsr edilmiş  "Mənim bayrağım" uşaq rəsmləri müsabiqəsini elan edir

“Mənim bayrağım" müsabiqəsi aşağıdakı şərtlər əsasında keçiriləcəkdir:

  • Müsabiqəyə 4-12 yaş arasında uşaqlar tərəfindən çəkilmiş Azərbaycan Dövlət Bayrağının rəsmləri qəbul ediləcəkdir.
  • Rəsmlər A4 ölçülü kağız, karton vəya kətan üzərində çəkilməlidir.
  • Rəsmlər akvarel, yağlı boya, quaş, akril, rəngli qələm vəya təbaşirləçəkilməlidir.
  • Rəsmlər iki yaş qrupuna aid ediləcək: müsabiqənin başlanma tarixinə 4-7 yaşı tamam olmuş uşaqların rəsmləri və müsabiqənin başlanma tarixinə 8-12 yaşı tamam olmuş uşaqların rəsmləri.
  • Müsabiqəyə qəbul edilmiş rəsmlər Azərbaycan Beynəlxalq Bankının Strateji inkişaf vəMarketinq departamentinin məsul əməkdaşları və dəvət edilmiş rəssam ibarət Münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqəyə uşağınızın rəsmini göndərmək üçün:

  • Facebook sosial şəbəkəsində Azərbaycan Beynəlxalq Bankının rəsmi səhifəsinə (azərbaycan dilində) daxil olun bə bu səhifəni “Like” edin:https://www.facebook.com/pages/AzərbaycanBeynəlxalqBankı/226184444125006?ref=stream&fref=nf
  • Uşağınızın çəkdiyi rəsmin skaner vasitəsilə surətini çıxarıb və ya fotoşəklini çəkib[email protected]ünvanına yollayın. Göndərilən rəsmlərin surəti və ya şəklinin keyfiyyəti yüksək olmalıdır. Məktubda müsabiqəyə qatılan uşaq haqqında məlumat bildirilməlidir: uşağın adı, soyadı, atasının adı, doğum tarixi, Doğum haqqında şəhadətnamənin və ya Şəxsiyyət vəsiqəsinin nömrəsi yazılmalıdır. Bu məlumat qaliblərin seçilməsi və onlara hədiyyələrin təqdim edilməsi üçün zəruridir.
  • Rəsmi göndərən Facebook istifadəçisi müsabiqəyə qatılan uşağın yaxın qohumu olmalıdır (valideyni vəya babası, nənəsi, bacısı, qardaşı, xalası, dayısı vəs.) Hər bir istifadəçi müsabiqəyə yalnız 1 (bir) rəsm göndərəbilər.
  • Müsabiqəyə göndərilən bütün rəsmlər Azərbaycan Beynəlxalq Bankının rəsmi Facebook səhifəsində yerləşdiriləcəkdir.

Müsabiqənin keçirilmə tarixi:

  • "Mənim bayrağım" müsabiqəsində iştirak üçün rəsmlər 03 noyabr 2014-cü il saat 00:00-dan başlayaraq qəbul ediləcəkdir. 17 noyabr 2014-cü il saat 23:59 müsabiqə üçün rəsmlərin qəbulu dayandırılacaqdır. 

Qaliblərin müəyyən edilməsi

Ən sərfəli kredit üçün müraciət et

  • Müsabiqə qaliblərinin müəyyən edilməsi iki mərhələyə bölünür.
  • İlk mərhələdə göndərilmiş rəsmlər Münsiflər heyəti tərəfindən qiymətləndirilərək,  4-7 və 8-12 yaş qruplarının hər birində 5 (beş) ən yaxşı rəsm seçiləcəkdir. 
  • İkinçi mərhələdə seçilmiş rəsmlərin müəllifləri Azərbaycan Beynəlxalq Bankına dəvət ediləcək və Münsiflər heyətinin iştirakı ilə göndərilən rəsmi təkrarən təsvir edəcəklər. Bu mərhələ 22 noyabr 2014-cü il Azərbaycan Beynəlxalq Bankının binasında keçiriləcəkdir. İkinçi mərhələnin nəticələrinə əsasən, müsabiqənin qalibləri təyin ediləcəkdir. Müsabiqənin altı qalibi olacaqdır:  4-7 yaş və 8-12 yaş qruplarının hər birindən 3 (üç) qalib seçiləcəkdir.

Qaliblərin mükafatlandırılması:

  • Qaliblərin siyahısı 27 noyabr 2014-cü il tarixindən gec olmayaraq Bankın Facebook səhifəsində yerləşdiriləcəkdir.
  • Qaliblər Azərbaycan Beynəlxalq Bankından aşağıdakı hədiyyələri alacaqlar:
  • 1-ci qalib: “Əli vəNino” vəya “Qrafika” mağazalarında xərcləmək üçün 200 manatlıq hədiyyə kuponu
  • 2-ci qalib: “Əli vəNino” vəya “Qrafika”mağazalarında xərcləmək üçün 150 manatlıq hədiyyə kuponu
  • 3-cü qalib: “Əli vəNino” vəya “Qrafika”mağazalarında xərcləmək üçün 100 manatlıq hədiyyə kuponu
  • Digər iştirakçılara rəsm alətləri hədiyyə ediləcəkdir. 
  • Qaliblər 5 iş günü ərzində şəxsiyyətlərini təsdiq edən sənədlərin əslini və qohumluq münasibətini təsdiq edən sənədlərini Banka təqdim etməlidirlər. Sənədlərdə kənarlaşma olmadıqda hədiyyələr qaliblərə təqdim edilir. Qaliblər hədiyyələri əldə etmək üçün müvafiq sənədləri təqdim etmədiyi halda və ya onlarla əlaqə saxlamaq mümkün olmadığı halda, hədiyyələri alternativ qaliblərə təqdim edilir.
  • Hədiyyə dəyərinin pul ekvivalenti iləəvəz edilməsinə yol verilmir.
  • Hədiyyəni alan şəxs Banka yazılı surətdə müraciət edərək hədiyyədən imtina etmək hüququna malikdir. Belə olan halda ona hədiyyədən imtina etməsi üçün pul təzminatı verilmir.
  • Azərbaycan Beynəlxalq Bankının Facebook sosial şəbəkəsində keçirdiyi əvvəlki müsabiqələrin qalibləri bu müsabiqənin qalibi seçilə bilməz.
  • “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin və onun törəmə müəssisələrinin işçilərinin və onlara aidiyyəti olan şəxslərin (ailə üzvləri və s.) müsabiqədə iştirak etməsi qadağandır.
  • Azərbaycan Beynəlxalq Bankı müsabiqəyə göndərilən şəkillərin müsabiqə mövzusuna uyğun olmaması, müsabiqə iştirakçısının qeyri-etik davranışı və ya hər hansı digər səbəbdən iştirakçını müsabiqədən kənarlaşdırmaq və ya müsabiqədə iştirakına qadağan etmək hüququna malikdir.