Azərbaycan Beynəlxalq Bankı (ABB) Böyük Britaniyada nəşr olunan “The Banker” jurnalının reytınqinə əsasən I dərəcəli kapitalın artım tempinə görə Mərkəzi və Şərqi Avropanın 10 bankı sırasında 4-cü yerdədir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, ABB-nın I dərəcəli kapitalı 2013-cü ildə 63,61% artaraq 696 mln. ABŞ dolları səviyyəsində olub.