Azərbaycan Beynəlxalq Bankı Maliyyə göstəricilərini AÇIQLADI | Banco.az

Azərbaycan Beynəlxalq Bankı Maliyyə göstəricilərini AÇIQLADI

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 322 milyon 987 min manat xalis mənfəət ilə başa vurub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 1,2% artıb. “Azərbaycan Beynəlxalq Bankı” 2018-ci ilin 9 ayını 319 milyon 128 min manat xalis mənfəət ilə bağlamışdı.

2019-cu ilin yanvar-sentyabr dövründə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi gəlirləri 434 milyon 529 min manat, cəmi xərcləri isə 184 milyon 860 min manat təşkil edib. Nəticədə Bankın 249 milyon 669 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 73 milyon 317 min manatın azad olması mənfəətin 322 milyon 987 min manata yüksəlməsini təmin edib.

 

FAİZ VƏ QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin 9 ayında “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəlirləri 308 milyon 866 min manat ikən, bu ilin eyni dövründə 334 milyon 194 min manat təşkil edib (8,2% artım). Müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri isə 127 milyon 861 min manatdan 144 milyon 282 min manata qalxıb (12,8% artım).

Ötən ilin 9 ayında “Azərbaycan Beynəlxalq Bankı”nın qeyri-faiz gəlirləri 80 milyon 716 min manat ikən, bu ilin eyni dövründə 100 milyon 335 min manat təşkil edib (24,3% artım).

Müştərilərə verilən kreditlər 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında 324 milyon 93 min manat və ya 16,8% artaraq 2 milyard 247 milyon 125 min manata çatıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et