“Azərbaycan Beynəlxalq Bankı” AÇIQ TENDERLƏR ELAN EDİR | Banco.az

“Azərbaycan Beynəlxalq Bankı” AÇIQ TENDERLƏR ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

 

Lot – 1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə məxsus minik avtomobillərinin servis və təmir xidmətlərinin satın alınması.

 

Lot – 2. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə məxsus inkassator və yük  avtomobillərinin servis və təmir xidmətlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

İştirak haqqı:

Lot – 1. 100 manat

Lot – 2. 100 manat

BANKIN ADI:        Azərbaycan Beynəlxalq Bankı

VÖEN :                 9900001881

KOD:                    805250

SWIFT:                 IBAZAZ2X

M/h: AZ03NABZ01350100000000002944

H/h:                AZ12IBAZ34501019440000100100    AZN

H/h:                AZ33IBAZ34511018400000100100    USD  

 

 

Tender 3 lot üzrə keçirilir.

 

Lot – 1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kart pəstahlarının (Debit kartlar) satın alınması.

 

Lot – 2. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kart pəstahlarının (Standart və Premium kartlar) satın alınması.

 

Lot – 3. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kart pəstahlarının (Union Pay kartları) satın alınması.

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

İştirak haqqı:

Lot – 1. 100 manat

Lot – 2. 100 manat

Lot – 3. 100 manat

 

BANKIN ADI:        Azərbaycan Beynəlxalq Bankı

VÖEN :                 9900001881

KOD:                    805250

Ən sərfəli kredit üçün müraciət et

SWIFT:                 IBAZAZ2X

M/h:                      AZ03NABZ01350100000000002944

H/h:                      AZ12IBAZ34501019440000100100    AZN

H/h:                AZ33IBAZ34511018400000100100    USD  

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin İbrahimov, telefon: 012 4930091, daxili 2700, 2703, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin İbrahimov, telefon: 012 4930091, daxili: 2700, 2703, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (tender zərflərinin açıldığı tarixdən (1 dekabr 2017-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 18 yanvar 2018-ci il tarixinədək) qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən  azı 30 bank günü çox olmalıdır (yəni ən azı 28 fevral 2018-ci il tarixinədək qüvvədə olmalıdır);

- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

- iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 noyabr 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 30 noyabr 2017-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 1 dekabr 2017-ci il saat 11.30-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

Ən sərfəli krediti almaq üçün müraciət et