Azərbaycan benzin və dizel istehsalını artırıb | Banco.az

Azərbaycan benzin və dizel istehsalını artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 556,0 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 0,8% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarından neft bitumunun istehsalı 38,7%, sürtkü yağlarının istehsalı 33,3%, dizel yanacağının istehsalı 4,9%, avtomobil benzininin istehsalı 0,7% artıb.

Məlumata əsasən, hesabat dövrü neft koksunun istehsalı 8,2%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,8%, ağ neftin istehsalı 16,3%, yanacaq mazutunun istehsalı 32,2% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-iyun aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton 

611,5

100,7

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

138,4

91,2

Ağ neft, min ton 

251,5

83,7

Dizel yanacağı, min ton

1 119,2

104,9

Yanacaq mazutu, min ton

39,2

67,8

Sürtkü yağları, min ton

12,8

133,3

Neft bitumu, min ton

135,9

138,7

Neft koksu, min ton

111,4

91,8

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram