Azərbaycan BƏƏ-yə qeyri-neft məhsullarının ixracını 2 dəfə artırıb | Banco.az

Azərbaycan BƏƏ-yə qeyri-neft məhsullarının ixracını 2 dəfə artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-oktyabr aylarında BƏƏ-yə 91 milyon 690 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 45 milyon 484 min dollar və ya 2 dəfə çoxdur. 

Ötən ilin eyni dövründə BƏƏ-yə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 46 milyon 206 min dollar təşkil edib. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (968,9 milyon dollar). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram