Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bazarında Google və ChatGPT-nin istifadəsi üzrə maraqlı mənzərə formalaşıb.
Banco.az statcounter-ə istinadən xəbər verir ki, ənənəvi axtarış sistemləri sahəsində Google lider mövqeyini qoruyub saxlayır.
Məlumata görə, internet istifadəçilərinin böyük əksəriyyəti hələ də məlumat axtarışı üçün Google-dan istifadə edir və platforma ölkə üzrə axtarış bazarının əsas hissəsini təşkil edir.
Bununla yanaşı, süni intellekt əsaslı çatbotların istifadəsində ChatGPT bazarda təxminən 90 faizdən çox paya malikdir. Digər AI platformaları, o cümlədən Google Gemini, Microsoft Copilot və Perplexity isə daha kiçik paylara sahibdirlər.
Mütəxəssislərin fikrincə, bu fərq istifadəçilərin Google-dan əsasən klassik axtarış üçün, ChatGPT-dən isə mətn yazılması, izah, tərcümə və analitik cavablar almaq məqsədilə istifadə etməsi ilə əlaqədardır.
Həmçinin bildirilir ki, yaxın illərdə süni intellekt texnologiyalarının inkişafı fonunda axtarış sistemləri ilə AI alətləri arasındakı sərhədlər daha da zəifləyə bilər. Bu isə Google və ChatGPT kimi platformalar arasında rəqabətin daha da güclənəcəyini deməyə əsas verir.
Bizi sosial şəbəkələrdən izləyin!!
