Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2025-ci ilin yanvar-aprel aylarında 339.8 mln. manat xalis mənfəət, 564.4 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 16.6% və 3.5% azalıb.
Məlumata görə, cari ilin ilk 4 ayında banklar tərəfindən 90.1 mln. manat (0.2% çox) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!