Azərbaycan banklarının öhdəlikləri 7,5% azalıb | Banco.az

Azərbaycan banklarının öhdəlikləri 7,5% azalıb

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə olan cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil edib.

Banco.az portalı xəbər verir ki, bankların öhdəliklləri  may ayı ilə müqayisədə 0,07% azalıb. Belə ki, may ayının sonunda cəmi öhdəlikləri həcmi 27,342.2 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda bankların cəmi öhdəlikləri də ilin əvvəlindən 7,5% azalıb. 2016-ci ilin sonunda bank öhdəliklərinin cəmi 29,530.7 mln təşkil edib.