Azərbaycan banklarının kredit qoyuluşları 14%-dən çox artıb | Banco.az

Azərbaycan banklarının kredit qoyuluşları 14%-dən çox artıb

Müəllif - Gülnar əhmədli, Banco.az

Azərbaycandakı bankların kredit portfelinin həcmi bu ilin iyunun 1-i tarixinə 20 mlrd. 659 milyon manat təşkil edib. Bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,2% çoxdur.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, portfelin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi illik müqayisədə 756 milyon manat və ya 7,2% artaraq 11,2 mlrd. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

İstehlak kreditləri portfelinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 6,3 mlrd. manata, ipoteka kreditlərinin həcmi isə 25,1% artaraq 3,3 mlrd. manata çatıb.

Ən sərfəli krediti almaq üçün müraciət et