Müəllif - Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının faiz gəlirləri bu il iyunun 1 tarixinə 1 milyard 386 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur. Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-may aylarında ölkə banklarının faiz gəlirləri 1,1 milyard manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan bankları 480,9 milyon manat qeyri-faiz gəlirləri əldə ediblər ki, bu da illik müqayisədə 54,4 milyon manat və ya 12,7% çoxdur.