Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan bankları 2 milyard 861 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 10.8%, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 29.4% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ayın əvvəlində 2 milyard 582 milyon manata, ötən ilin noyabr ayının 1-də isə 2 milyard 211 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!