Ölkəmizdə fəaliyyət göstərən banklardan bir neçəsi xarici vətəndaşlar tərəfindən idarə olunur. Bu banklar əsasən kapitalını xarici vəsait hesabına formalaşdıran və ya xarici bankların törəmə banklarıdır.
CEO-ları əcnəbilər olan banklara AccessBank, Bank VTB Azərbaycan, Azərbaycan Sənaye Bankı, Nikoil Bank, Ziraat Bank Azərbaycan və Yapı Kredi Bank Azərbaycan daxildir. Hər dəfə bu məqaləni yeniləyəndə əcnəbi CEO-ların sayının azaldığının şahidi oluruq. Beləliklə Banco.az portalı təqdim edir.
Access Bank - Rolf Reichardt
Baş Menecer və İdarə Heyətinin Sədri
Bankın aktivlərinin həcmi: 1 milyard 58 milyon 871 min 715 manat (31/12/2016)
Təhsil: Höte Universitetində fəlsəfə doktoru dərəcəsi və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb
14 aprel 2017-ci il tarixindən AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmannın beş illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, Bankın Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Reichardt təyin olunub.
ASB Bank - Doğan Tandoğan
İdarə Heyətinin Sədri
Bankın aktivlərinin həcmi: 949 milyon 375 min 75 manat (31/03/2017)
Təhsil: 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”ndən Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”ndan Biznesin idarə edilməsi bölümündən məzun olmuşdur
19.12.2016 tarixindən “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin Sədri təyin edilmişdir.
Nikoil Bank - Nikoloz Şurqaia
İdarə Heyətinin Sədri
Bankın aktivlərinin həcmi: 439 milyon 726 min manat (31/12/2016)
Təhsil: Tiflis Dövlət Universiteti və London Biznes Məktəbinin MBA məzunudur.
Nikoloz Şurqaia Bank sahəsində 20 illik təcrübəsi olan peşəkar bankirdir. Tiflis Dövlət Universiteti və London Biznes Məktəbinin MBA məzunu olan Nikoloz Şurqaia öz karyerasına 1994-cü ildə “Eksimbank Gürcüstan” və “Birləşmiş Gürcüstan Bankı” ilə başlamışdır.
2016-cı il 22 iyul tarixindən etibarən İnvestisiya və Kommersiya bankı olan Nikoil Bankda İdarə Heyətinin sədri vəzifəsini tutur.
Ziraat Bank – Avni Demirci Kemal oğlu
İdarə Heyətinin sədri
Bankın aktivlərinin həcmi: 151 miyon 84 min 5 manat (31/03/2017)
Təhsil: 1987 – 1991 ci illərdə “19 Mayıs Universitesi”ni və 1991-1992 ci illərdə T.C. Ziraat Bankası “Bankacılık Okulu”nu bitirib.
30.12.2014-cü il tarixindən etibarən Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin Sədri vəzifəsini icra etməkdədir.
VTB Bank - Kirin Yevgeni Anatolyeviç
İdarə Heyətinin Sədri
Bankın aktivlərinin həcmi: 435 milyon 563 min manat (31/12/2016)
Təhsil: 2001-ci ildə Orlov Dövlət Texniki universitetin Maliyyə-iqtisadiyyat fakültəsini bitirib.
Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri vəzifəsinə 2017-ci ilin aprel ayında təyin edilib.
Yapı Kredi Bank - Cenk Yüksel
İdarə Heyətinin Sədri/Baş direktor
Bankın aktivlərinin həcmi: 447 milyon 862 min manat (31/12/2016)
Təhsil: 1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirib.
28.09.2015- ci ildən etibarən “Yapı Kredi Bank Azərbaycan" QSC-da İdarə Heyətinin Sədri/Baş Direktor vəzifəsində çalışır.
Könül Soltanova. Banco.az