Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri cari ilin 1 iyul tarixinə 45,218.3 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.
Məlumata görə, bu, ötən il eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.
Bu dövrdə bank sektorunun cəmi öhdəlikləri 39,305.6 mln. manat, balans kapitalı 5,912.7 mln. manat olub. İyun ayında bankların kredit portfeli 3.1% və ya 637 mln. manat artaraq 21,296.2 mln. manata bərabər olub. Kredit portfelində biznes kreditləri – 54.7% (11,650.5 mln. manat) istehlak kreditləri – 29.7% (6,324.7 mln. manat) ipoteka kreditləri – 15.6% (3,321 mln. manat) təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!