Azərbaycan banklarından birinin rəhbərliyində dəyişiklik olub | Banco.az

Azərbaycan banklarından birinin rəhbərliyində dəyişiklik olub

Laçın Əliyev Azərbaycanın NBCBank-ının İdarə Heyətinin sədr müavini postunu tərk edib. Trend-in məlumatına görə, bu barədə bankın saytında məlumat verilib. L.Əliyev bu postu 2013-cü ilin oktyabrından tuturdu.

Hazırda bankın İdarə Heyətinin tərkibinə sədr səlahiyyətlərini icra edən Elçin Məmmədov, onun müavini Səid Qasımov və İdarə Heyətinin üzvü Ofelya Həmidva daxildir.

NBCBank 1992-ci ildən Azərbaycanın bank bazarında fəaliyyət göstərir.