Azərbaycan bankı Atabank ASC-də Özəl bankinq departamenti yaradılıb. Trend-in məlumatına görə, bu barədə bankın saytında yerləşdirilmiş məlumatda deyilir.
Fəxri Acalov yeni departamentə direktor təyin olunub.
Beləliklə Atabank-da departamentlərin sayı 16-ya çatıb. Daxili audit departamentinin direktor vəzifəsi isə vakant olaraq qalır.
AtaBank maliyyə bazarında 1993-cü ildən fəaliyyət göstərir.