Azərbaycan banklarında xalis depozit axını 19%-ə qədər azalıb | Banco.az

Azərbaycan banklarında xalis depozit axını 19%-ə qədər azalıb

2014-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan banklarında xalis depozit axını 19%-ə qədər azalıb. Bu göstərici yeni depozitlərin həcminin 22%-ə qədər azalması zamanı qeydə alınıb.

AMB-dan verilən məlumata görə, yanvar-aprel ayları ərzində banklar tərəfindən fiziki və hüquqi şəxslərdən cəlb olunan əmanətlərin həcmi 502,634 milyon manat təşkil edib. Bu göstərici 2013-cü ilin yanvar-aprel ayları ərzində cəlb olunan əmanətlərin (647,912 milyon manat) həcmindən 22,42% azdır. Bundan əlavə, 2014-cü ildə depozitlər üzrə ödənişlərin həcmi 339,972 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin yanvar-aprel ayları ərzində həyata keçirilən ödənişlərlə (447,274 milyon manat) müqayisədə 23,99% azdır. Nəticə etibarilə, yanvar-aprel ayları ərzində fiziki və hüquqi şəxslərə aid depozitlərin həcmi 162,662 milyon manat təşkil edib. Nəzərinizə çatdıraq ki, keçən il bu göstərici 200,638 milyon manata bərabər idi. Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin 1 may tarixi üzrə bankların ümumi depozit portfeli 13615,6 milyon manat təşkil edib. Keçən il banklar tərəfindən fiziki və hüquqi şəxslərdən cəlb olunan depozitlərin həcmi 1769,077 milyon manat təşkil edirdi ki, bu da 2012-ci ildə qeydə alınan göstərici (1327,169 milyon manat) ilə müqayisədə, 45,93% çoxdur. 2013-cü ildə depozitlər üzrə ödənişlər 1177,721 milyon manat təşkil edib. Bu isə 2012-ci ildə həyata keçirilən ödənişlərin həcmi (1112,779 milyon manat) ilə müqayisədə, 5,84% çoxdur. Ötən il fiziki və hüquqi şəxslərə aid depozitlərin həcmi 591,356 milyon manat təşkil etdiyi halda, 2012-ci ildə bu rəqəm 114,390 milyon manata çatırdı. Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin 1 yanar tarixi üzrə bankların ümumi depozit portfeli əhalinin 6395,8 milyon manat həcmində əmanətləri də daxil olmaqla, 12475,8  milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et