Azərbaycan banklarında standart müqavilələrin tətbiqi təklif olunur | Banco.az

Azərbaycan banklarında standart müqavilələrin tətbiqi təklif olunur

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının müştəriləri ilə bağladığı əmanət, kredit və digər müqavilələrin standart formada tərtib edilməsi təklif olunur. Bu barədə açıqlamasında Azərbaycan Banklar Assosiasiyası (ABA) hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu, istehlakçıların hüquqlarının qorunması baxımından vacibdir və gələn ildən standard müqavilələrin tətbiqi ilə bağlı işlərə başlanılacaq. 

Ən sərfəli kredit üçün müraciət et

“Standart müqavilələr hazırlanarkən bank təcrübəsində ortaya çıxan bütün problemlər nəzərə alınacaq. Həmçinin, bu müqavilələr tətbiq olunan zaman vaxtaşırı bankların rast gəldiyi problemlərdən asılı olaraq onlara dəyişiklik ediləcək”, - deyə Q.Ağayev qeyd edib.

Mənbə: Report.az