Qeyri-rezidentlərin Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əmanətlərinin həcmi cari il iyulun 1-nə 355 mln. manat təşkil edib.
Bu göstərici aylıq ifadədə 1,0%-ə yaxın, ilin əvvəlindən 18% azalıb, illik müqayisədə isə 29,4% azdır.
Bildirək ki, 1 iyul 2020-ci il tarixinə xaricilərin kommersiya banklarındakı əmanətlərinin 102,4 mln. manatı və ya 29%-i milli valyutada, 252,5 mln. manatı və ya 71%-i xarici valyutada yerləşdirilib.
Qeyd edək ki, fiziki şəxslərin kommersiya banklarındakı əmanətlərinin cəmi 1 iyul 2020-ci il tarixinə 7 706,4 mln. manat təşkil edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!