"Azərbaycan bankları strategiyalarını dəyişəcək" | Banco.az

"Azərbaycan bankları strategiyalarını dəyişəcək"

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev: " Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları öz strategiyalarına yenidən baxıb dəyişiklik edəcək."

Banklar iqtisadi inkişafın hər bir mərhələsində öz strategiyalarına yenidən baxır və dəyişiklik edir. Hazırkı dövrədək, bankların strategiyası böyük neft gəlirləri, yüksək iqtisadi inkişaf templəri üzərində qurulmuşdur. Bu gün iqtisadi proseslər, qonşu ölkələrdəki böhran Azərbaycana da təsir edir və banklar 2016-cı il və qarşıdakı dövr üçün strategiyalarına yenidən baxır və dəyişiklik aparır.

Mərkəzi Bankla görüşümüz də məhz yeni mərhələ üçün strategiyanın hazırlanması üzrə məshətləşmələrdən ibarət olub. Hesab edirik ki, digər iqtisadi bloku əhatə edən müvafiq nazirlik və komitələrlə görüşləri davam etdirəcəyik ki, banklar özlərinin yeni strategiyalarında yenilikləri nəzərə alsın. Strateji planlar daha uzunmüddətli dövr üçün hazırlanır, lakin taktiki planlar hər il üçün ayrılıqda müəyyən edilir və təsdiqlənir.

Ən sərfəli kredit üçün müraciət et

Z.Nuriyevin sözlərinə görə, dəyişiklərdə əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə diqqətin artırılması, xərclərin optimallaşdırılması və s. aspektlər əksini tapır.

Əsas dəyişikliklərə məsuliyyətli kreditləşmə, kredit faizləri, 2015-ci il ərzində Mərkəzi Bankın faizlərin aşağı endirilməsi ilə bağlı təkliflərindən irəli gələn gəlirliliyin azalmasından doğan proseslər aiddir. Kiçik və orta biznes, habelə korporativ sektorun maliyyələşdirilməsi prioritet kimi nəzərə alınmalıdır. Həmçinin istehlak kreditlərindən kiçik və orta biznesin maliyyələşməsinə keçid müddəası əksini tapacaq. Eyni zamanda, gəlirliyin aşağı düşməsi ilə əlaqədar xərclərin optimallaşdırılması, korporativ strategiyanın daha dərin tətbiqi nəzərə tutulur.

Ən sərfəli krediti almaq üçün müraciət et