Azərbaycan bankları ipoteka kreditlərini aktivləşdirir | Banco.az

Azərbaycan bankları ipoteka kreditlərini aktivləşdirir

Azərbaycan İpoteka Fondunun (AİF) hesabına 2014-cü ilin yanvar ayında verilən ipoteka kreditinin ümumi həcmi 2,5 milyon manat olub, bu isə keçən ilin yanvar ayının göstəricisindən 19% çoxdur.
Bu haqda məlumatı Mərkəzi Bankdan (AMB) veriblər.
AMB-nin məlumatına görə, AİF 2014-cü ilin yanvar ayında 9,9 milyon manat dəyərində kredit maliyyələşdirib.
Yanvar ayının 2014-cü ili üçün AİF-ə 5 milyon manat dəyərində istiqraz yerləşdirilib.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb, 2006-cı ilin martında kreditlər verməyə başlayıb.
Azərbaycanda sosial ipotekanın verilməsi 2007-ci ildə başlayıb və bu proses 6 ay çəkib. 2009-cu ilin iyun ayının 1-də AİF ipoteka kreditlərinin verilməsini 28 bank-agent tərəfindən kommersiya şərtləri əsasında yenidən bərpa etdi. Bu zaman kommersiya şərtləri ilə kredit ipotekaları, fondun öz istiqrazlarının buraxılmasından əldə etdiyi gəlir əsasında verilir.
Kommersiya şərtləri ilə verilən ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına təqdim edilir. Kreditlər 3 ildən 25 il müddətinə verilir, kreditin maksimal həcmi 50 min manatdan yuxarı olmamalıdır, kredit 8% illik faizlə verilir.
Dövlət büdcəsindən yanlız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal həcmi 50 min manat olur, illik faiz isə 4%-dən artıq olmur.
Əvvəl də məlumat verildiyi kimi, AİF vəsaitinin hesabına 2013-cü ildə ipoteka kreditinin həcmi 112,9 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: faktxeber.com