Azərbaycan bankları arasında sentyabrda 727 milyon manatlıq əqd bağlanılıb | Banco.az

Azərbaycan bankları arasında sentyabrda 727 milyon manatlıq əqd bağlanılıb

Bu ay Azərbaycan bankları öz aralarında 727 milyon manat məbləğində 80 əqd bağlayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.

Məlumata görə, bunlardan 679 milyon manat məbləğində 59 əqd "Bloomberg” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada bağlanılıb. Bu əqdlərin 97%-i qısa müddətli - 1-3 günlükdür.

Ay ərzində banklararası REPO bazarında isə 48 milyon manatlıq 21 əqd baş tutub ki, bunun da 52%-i 1 həftəlik (5-9 günlük) müddətədir.

"Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqində növbəti mərhələ AMB-nin müxtəlif çeşid və müddətlərdə açıq bazar əməliyyatları aparmasıdır. Bu məqsədlə oktyabrın 3-dən başlayaraq öncədən açıqlanan qrafik əsasında davamlı olaraq 1, 3, 6, 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi, zərurət yarandıqda 1 həftəlik REPO və əks-REPO əməliyyatları üzrə hərracların təşkili nəzərdə tutulur. Qrafik üzrə həftədə 4 hərrac olmaqla 1 və 3 aylıq not hərracları həftənin çərşənbə günü, 6 və 9 aylıq not hərracları isə cümə axşamı günü saat 11:00-11:30 intervalında keçiriləcək. Not hərracları sabit həcmli bazar faizləri əsasında baş tutacaq. Notlarla aparılan əməliyyatlar həm təminatlı, həm də təminatsız banklararası pul bazarlarında faizlərin effektiv idarə edilməsinə imkan verəcək, qısamüddətli gəlirlilik əyrisinin formalaşmasını dəstəkləyəcək. Hərraclarda təklifin məbləği pul bazarındakı vəziyyətdən, bank sisteminin likvidlik mövqeyinə dair qısamüddətli proqnozdan asılı olaraq çevik tənzimlənəcək. Hərracların parametrləri barədə bazar iştirakçılarına qabaqcadan məlumatlar veriləcək", - deyə məlumatda qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et