ABA prezidenti Zakir Nuriyev Türkiyə Banklar Birliyinin prezidenti Alpaslan Çakarı ziyarət edib | Banco.az

ABA prezidenti Zakir Nuriyev Türkiyə Banklar Birliyinin prezidenti Alpaslan Çakarı ziyarət edib

Azərbaycan Banklar Assosiasiyası Rəyasət Heyətinin sədri Zakir Nuriyev, Türkiyə Banklar Birliyi Rəyasət Heyətinin sədri Alpaslan Çakarın qonağı olub.

Görüş əsnasında, Birliklər arasında tərəfdaşlıq perspektivləri və bankların region iqtisadiyyatının inkişafında payı müzakirə edilib. 18 Oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıran Çakar, iki ölkənin bank sektorları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür dəstəyi verməyə hazır olduqlarını söyləyib.

Bununla yanaşı, Çakar, yay ayları ərzində Türkiyədə baş verən yanğın fəlakətləri nəticəsində zərər görmüş meşələrin bərpası üçün ağac tingləri bağışlayan Azərbaycan Banklar Birliyinə də təşəkkür edib.

Xatırladaq ki, ABA-ya üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 846 ədəd ağac tingi olmaqla 122000 USD məbləğində vəsait köçürülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi arasında qarşılıqlı əməkdaşlığın uğurla davam etdiyini  vurğulayıb və Alpaslan Çakarı Bakıya dəvət edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et