Azərbaycan bankının sahiblərindən biri vəfat edib | Banco.az

Azərbaycan bankının sahiblərindən biri vəfat edib

“Günay Bank” ASC-nin səhmlərinin 1,1%-nə nəzarət edən Əhəd Şirinov vəfat edib.

Məlumata görə, onun payı avtomatik olaraq varisinə - Bankın 2-ci əsas səhmdarı Yeganə Şirinovaya keçib.

Son nəticədə Y.Şirinovanın payı 38,94%-dən 40,05%-ə yüksəlib.

Bu, son 1 ildə “Günay Bank”ın səhmdarları arasında 2-ci ölüm halıdır. Bundan əvvəl Bankın səhmlərinin 1,31%-nə nəzarət edən Ceyran Ələsgərova vəfat etmiş və onun payı avtomatik olaraq varisinə - 1-ci əsas səhmdar və Müşahidə Şurasının (MŞ) sədri Mahmud Məmmədova keçmişdi. Bununla da, M.Məmmədovun payı 50,81%-dən 52,13%-ə çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

“Günay Bank” səhmlərinin qalan 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (“Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et