Azərbaycan bankında yeni təyinat olub | Banco.az

Azərbaycan bankında yeni təyinat olub

Murad Mirzəzadə Azərbaycan bankı "Turanbank"ın hüquq departamentinə direktor vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, o, əvvəllər elə həmin departamentdə direktor səlahiyyətlərini icra edən olub.

Qeyd edək ki, ümumilikdə bankda 14 departament mövcuddur.

"Turanbank" Azərbaycanın bank sektorunda 1992-ci ildən fəaliyyət göstərir.