Markus Skot "Amrahbank" ASC-nin Auditor komitəsinin tərkibinə daxil olub. Bu barədə Trend bankın saytına istinadən məlumat verir.
M.Skot "Amrahbank"ın strateji səhmdarı Beynəlxalq İnvestisiya Bankında (BİB) investisiyalar üzrə baş direktordur.
O bu vəzifədə BİB-in digər nümayəndəsi Subhaş Jalanı əvəz edib. S. Jalan BİB-in aktivlərin idarə ediıməsi üzrə icraçı direktorudur.