Azərbaycan bankında dövlətin iştirak payı artdı | Banco.az

Azərbaycan bankında dövlətin iştirak payı artdı

Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalında dövlətin iştirak payı 50,2 faizdən 51,07 faizədək artıb.

Trend-in məlumatına görə, bankın səhmdarlarının pay bölgüsü barədə məlumat ABB-nin saytında yerləşdirilib.

Yenilənmiş struktura əsasən, dövlətin adından çıxış edən Maliyyə Nazirliyinin elan olunmuş nizamnamə kapitalında payı səhmlərin 50,2 faizi, faktiki nizamnamə kapitalında isə 51,07 faizi (301,405 milyon manat) səviyyəsində qalır.

Ən sərfəli kredit üçün müraciət et

Səhmdarların iştirak payının dəyişməsi ABB-nin nizamnamə kapitalının 568,333 milyon manatdan 590,192 milyon manatadək artması nəticəsində baş verib.

Hazırda bankın faktiki kapitalında onların pay nisbəti aşağıdakı kimidir: səhmlərin 10,11 faizi (59,678 milyon manat dəyərində) qeyri-dövlət müəssisələrinin, 38,82 faizi (229,11 milyon manat) fiziki şəxslərin payına düşür. Bununla yanaşı, onların ABB-nin elan olunmuş nizamnamə kapitalında payı müvafiq olaraq 10,17 faiz və 39,63 faiz təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et