Azərbaycan bankı Rusiyada islam maliyyələşməsi üzrə xidmətlər göstərəcək | Banco.az

Azərbaycan bankı Rusiyada islam maliyyələşməsi üzrə xidmətlər göstərəcək

"Azərbaycan Beynəlxalq Bankı" ASC Rusiyada islam maliyyələşməsi üzrə xidmətlər göstərəcək. Bunu şənbə günü Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə Bakıda keçirilən MDB iştirakçı ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransında deyib.

Onun sözlərinə görə, ABB-nin İdarə heyəti Moskvadakı törəmə bankında alternativ bankçılıq üzrə şöbənin açılması haqqında qərar qəbul edib: "Bu şöbə "ABB-Moskva" çərçivəsində işləyəcək və islam maliyyələşməsini inkişaf etdirəcək".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABB 2012-ci ilin sentyabrında Azərbaycanda islam bankçılığının tətbiqi üzrə layihə çərçivəsində yaradılmış "İslam pəncərəsi"nin işə salındığını elan etmişdi.