Azərbaycan Bakı-Supsa kəməri ilə neft ixracını bərpa etmək istəyir | Banco.az

Azərbaycan Bakı-Supsa kəməri ilə neft ixracını bərpa etmək istəyir

Azərbaycan hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən istifadə etmək istəyir.

Bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuat üçün verdiyi birgə bəyanatda bildirib.

"Bu barədə danışmışıq. Mən bizim planlarımız haqqında Baş naziri məlumatlandırdım. Bunun üçün böyük ehtiyac var və böyük potensial var", - dövlət başçısı deyib.

Prezident növbəti il Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xətti ilə neft ixracının artırılacağını da vurğulayıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram