2023-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gəlirləri və xərcləri 4 milyard 132,804 milyon manat təşkil edib.
Qurumun maliyyə hesabatına əsasən, bu, 2022-ci illə müqayisədə 1,3 % çoxdur.
AAYDA-nın ötənilki gəlirlərinin hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, qurumun material xərcləri 395,296 milyon manat (əvvəlki ilə nisbətən 2,6 dəfə az), inzibati xərcləri 137,303 milyon manat (14,2 % çox), sair əməliyyat xərcləri isə 3 milyard 600,205 milyon manat (22,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə AAYDA-nın aktivləri 31 milyard 539,903 milyon manat olub ki, bu da illik müqayisədə 15,1 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 59 % artaraq 566,228 milyon manata, balans kapitalı isə 14,5 % artaraq 30 milyard 973,675 milyon manata çatıb.
Xatırladaq ki, AAYDA prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 716,534 milyon manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!