Azərbaycan avtomobil idxalını azaldıb | Banco.az

Azərbaycan avtomobil idxalını azaldıb

Azərbaycan 2014-cü ilin yanvar-iyul aylarında 38 338 ədəd avtomobil idxal edib. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 58 258 ədəd olub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

İdxal edilən avtomobillərin 34 618 ədədi insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ilin yanvar-iyul aylarında bu göstərici 52 673 ədəd təşkil edib.

Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə isə bu göstərici 89 652 ədəd təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, hesabat dövründə ölkəyə 3263 yük avtomobili idxal edilib. Bu rəqəm ötən ilin eyni dövründə 4486-ya bərabər olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.

Mənbə: Milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et